“Ukraynada məğlub olan Qərb təxribatlara əl atacaq”- Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri

“Ukraynada məğlub olan Qərb təxribatlara əl atacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

“Qərbin Ukraynada yaratdığı böhran ABŞ, Böyük Britaniya və onların müttəfiqlərinin hadisələrin gedişatını öz xeyrinə dəyişmək üçün ən iyrənc təxribatlara əl ata biləcəyinə dair bir çox nümunələr təqdim edir”, Narışkin qeyd edib.

O əlavə edib ki, bu cür hərəkətlərin effekti qısamüddətli olacaq, çünki müasir dünyada istənilən məxfi məlumatlar, o cümlədən yalanlar çox tez aşkar olur.

Azpost.info

Əvvəlki məqalə

“Yalan, böhtan, manipulyasiya…”

Sonrakı məqalə

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradılıb