Fransa Rusiyanı qəsdən yalan məlumat yaymaqda ittiham edib.
Azpost.info xəbər verir ki, Fransa Silahlı Qüvvələr Nazirliyi bildirib ki, söhbət “Sputnik News”, RT və “RİA Novosti” kimi dövlət mediasının iştirakı ilə Rusiyanın kordinə edilmiş hərəkətlərindən gedir.
Paris bildirib ki, 2022-ci ilin fevralında Rusiyanın qonşu ölkəyə təcavüzü başlayandan bəri Fransa Rusiyanın dezinformasiya kampaniyasının hədəfi olub.
Nazirliyin fikrincə, bu kampaniya yanvarın ortalarından, Fransa prezidenti Emmanuel Makron Rusiyanın cəbhədə qələbəsi təhlükəsi barədə xəbərdarlıq edəndən və Ukraynaya yeni hərbi yardım elan edəndən sonra güclənib.
Yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi Kiyev tərəfində döyüşən əcnəbilər arasında fransız muzdluların olduğunu bildirib. Paris Ukraynadakı fransız muzdluları haqqında deyilənləri kobud manipulyasiya kimi qiymətləndirərək bu iddiaları rədd edib.
“Fransa Ukraynaya artan hərbi yardım fonunda Rusiyadan növbəti manipulyasiyalar gözləyir”, – Fransa Silahlı Qüvvələrinin naziri Sebastien Lecornyu deyib. Nazir əlavə edib ki, Paris bu cür təhdidlərə cavab tədbirlərini gücləndirəcək.
Azpost.info