“Ukrayna müharibəni yenidən Avropaya qaytardı” –Hindistanın Baş naziri

Hindistanın baş naziri Narendra Modi ABŞ Konqresində çıxışı zamanı Ukraynadakı vəziyyəti şərh edib.

Azpost.info bildirir ki, onun fikrincə, son bir neçə il Avropaya dağıntılar gətirib.

“Ukraynadakı münaqişə ilə müharibə yenidən Avropaya qayıdıb. Bu, bütün region üçün böyük ağrıya səbəb olur. Xüsusilə Cənub ölkələri zərər çəkib”, – Modi deyib.

Onun fikrincə, dünya nizamı “BMT Nizamnaməsinin prinsiplərinə hörmət, mübahisələrin sülh yolu ilə həlli və suverenliyə və ərazi bütövlüyünə hörmətə” əsaslanır.

Azpost.info

Əvvəlki məqalə

“Titanik”ə baxmağa turist aparan batiskafda partlayış olub

Sonrakı məqalə

Məşhur müğənni Rusiyada yaşamaq hüququndan mərhum edilib