“Fransa dünya müharibəsi istəmir və Ukraynadakı münaqişəyə son qoyulmasına nail olmaq niyyətindədir”.
Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “TF1” və “France 2” telekanallarına müsahibəsində deyib.
“Biz müharibəyə girmədən onu dayandırmaq istəyirik. Biz dünya müharibəsi istəmirik”, – Makron bildirib.
Fransa liderinin sözlərinə görə, Ukraynada münaqişənin uzun sürəcəyinə hazırlaşmaq lazımdır: “Xüsusilə çətin dövr yayda və payızın əvvəlində olacaq”.
Azpost.info
