“Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna ərazisində zavod tikmək planlarından əl çəkməyib”.
Azpost.info xəbər verir ki, bunu “Bild” nəşri konsernin baş direktoru Armin Pappergerə istinadən yazıb.
Onun sözlərinə görə, yeni müəssisə zenit-raket kompleksləri ilə qorunacaq.
Baş direktor həmçinin əmin edib ki, heç kim şirkət rəhbərliyini bu qərardan çəkindirə bilməz: “Bizi Ukraynaya yardımdan çəkindirə bilməyəcəkklər”.
Layihənin həyata keçirilməsinə təxminən 200 milyon avro xərclənəcəyi, vəsaitin dövlət büdcəsindən ayrılacağı güman edilir. Pappergerin sözlərinə görə, yeni müəssisə ildə 400-ə qədər tank istehsal edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl “Rheinmetall”a Ukraynada zavod tikmək barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, inşa ediləcəyi təqdirdə zavod Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcək.
Azpost.info
