“Ukraynadakı vəziyyətin həllində mövcud irəliləyiş münaqişənin sona yaxınlaşdığını deməyə imkan verir“.
Azpost.info-nun məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya təmaslara açıqdır və ABŞ-ın davam edən vasitəçilik səylərini alqışlayır. Peskov qeyd edib ki, artıq üçtərəfli formatda bəzi işlər başa çatdırılıb. “Əlbəttə ki, sülh prosesi baxımından işlərin çoxluğu bizə sonun həqiqətən yaxın olduğunu deməyə imkan verir. Lakin bu kontekstdə hər hansı bir konkret müddətləri müzakirə etmək üçün hələ tezdir”, – deyə Peskov bildirib.
O, həmçinin vurğulayıb ki, Kiyev müvafiq qərar verərsə, xüsusi hərbi əməliyyat “istənilən vaxt” başa çata bilər. Kremlin sözçüsü əlavə edib ki, Ukrayna tərəfi bu qərarın nə olacağını dəqiq bilir.