Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məişət tullantılarının idarə olunması ilə bağlı layihə davam edir

User 12 May 2026 - 16:50 (Last updated: 12 May 2026 - 17:41)
zibil

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüsləri” adlı layihəni icra edir.

Layihənin əsas məqsədi regionlarda məişət tullantılarının idarə olunması sahəsində mövcud vəziyyəti monitorinq etmək, real vəziyyəti qiymətləndirmək və müvafiq hesabat sənədi hazırlamaqdır. Eyni zamanda, vətəndaşlar arasında məişət tullantılarının idarə olunması və çeşidlənməsi ilə bağlı maarifləndirici təbliğat kampaniyalarının aparılması da nəzərdə tutulur.

Layihə çərçivəsində “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin peşəkar ekspertləri tərəfindən Saatlı və İmişli rayonlarında məişət tullantılarının idarə olunması, çeşidlənməsi və utilizasiyası prosesləri monitorinq edilmiş, çöl tədqiqat işləri aparılmışdır.

Monitorinqlər zamanı əldə olunan nəticələr, foto və video materiallar göstərir ki, hər iki rayonda vəziyyət kritik və təhlükəli səviyyədədir. Saatlı rayonunda “Məişət tullantılarının idarə olunması poliqonu” inşa edilmişdir, lakin mövcud infrastruktur yetərli sahəyə malik deyil. Ərazidə qismən çeşidlənmə aparılsa da, bir neçə kilometr ərazi çeşidlənməmiş qarışıq tullantılarla örtülmüşdür.

Tullantı poliqonları şəhər kənarında, Araz çayı sahilinə yaxın və yaşayış məntəqələrinə yaxın ərazilərdə yerləşir. Poliqonlarda tullantıların çeşidlənmədən yandırılması halları müşahidə edilmişdir. Bu vəziyyət Araz çayı hövzəsində ciddi ekoloji təhlükə yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də müvafiq rayon icra hakimiyyəti və bələdiyyə qurumları tərəfindən bu istiqamətdə təcili və təxirəsalınmaz tədbirlərin görülməsi vacib hesab olunur.

Monitorinqlərin nəticələri əsasında yekun hesabat hazırlanacaq və ictimaiyyətə, eləcə də aidiyyəti dövlət qurumlarına təqdim olunacaqdır.

Fotolar

AzPost.az

Post navigation

Previous: “Ukraynada xüsusi əməliyyat başa çatmaq üzrədir” –
Next: Hantavirusla bağlı yeni təhlükə

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.