“Ukraynada xüsusi əməliyyatın necə başa çatacağını bilirik” –PUTİN

Rusiya Ukraynada xüsusi əməliyyatın necə başa çatacağını bilir.

Azpost.info bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bələdiyyə icmasının nümayəndələri ilə görüşdə deyib.

Prezident vurğulayıb ki, Moskva məqsədlərini həyata keçirmək niyyətindədir: “Biz xüsusi əməliyyatın necə başa çatacağını bilirik, amma bu barədə heç bir açıqlama verməyəcəyik”, – deyə prezident bildirib.

O, Rusiya qarşısına qoyduğu məqsədlərə çatmaq və qarşısına qoyduğu vəzifələri həyata keçirmək niyyətində olduğunu bildirib. “Əminəm ki, xüsusi əməliyyatın məqsəd və vəzifələrinə nail olunacaq”, – deyə Putin yekunlaşdırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.