Ukraynada yaralanan “Vaqner”çiləri Putinin qızının klinikasında müalicə edirlər- FOTO

Ukraynada döyüşlər zamanı yaralanan “Vaqner” muzdluları Rusiyanın Sankt-Peterburq şəhərindəki “Мой медицинский центр” klinikasında müalicə alırlar.

Azpost.info xəbər verir ki, bu klinikanın Rusiya prezidenti Vladimir Putinin dostu, milyarder Yuri Kovalçuk və prezidentin qızı Mariya Vorontsova ilə bağlı olduğu bildirilir.

Rusiyadakı teleqram kanallarından birində “Vaqner”in qurucusu Yevgeni Priqojinin Sankt-Peterburqdakı klinikalardan birində reabilitasiya keçən ağır yaralı əsgərləri necə ziyarət etdiyini göstərən video yayımlanmışdı. Videoda Priqojinin yaralı əsgərlə söhbət etdiyi görülür.

“Azadlıq” radiosunun rus xidməti müəyyən edib ki, Priqojinin reabilitasiyadan keçən muzdlu əsgərlə görüşünün görüntüləri Malaya Konyuşennaya küçəsindəki klinikada lentə alınıb. Əvvəllər “SOGAZ Medicine” adlanan klinikanın adı sonradan dəyişdirilib.

Suriya və Ukraynada döyüşmüş vaqnerçilərin Sankt-Peterburqdakı “SOGAZ Medicine” klinikasında müalicə alması faktı radionun hələ 2021-ci ilin noyabrında apardığı araşdırmada əksini tapmışdı. Sonra redaktorlar öyrənə bildilər ki, eyni zamanda klinikada Rusiya prezidentinin ən yaxın dostları, Federal Təhlükəsizlik Xidmətinin rəhbərləri, Federasiya Şurasının spikeri Valentina Matvienko və Rusiya hakim elitasının digər nümayəndələrinə də xidmət göstərir.

“Kommersant” qəzeti yazır ki, klinikanın rebrendinqi Rusiyanın Ukraynaya təcavüzünə başlayandan az sonra, fevralın 28-də Avropa İttifaqı tərəfindən “SOGAZ” ASC-yə qarşı tətbiq edilən sanksiyalarla bağlı olub. 2022-ci ilin avqust ayında SOGAZ sığorta qrupunun tərəfdaş şirkəti olan “Nomeko ASC-nin” top menecerləri “SOGAZ Medicine” klinikalarının yeni sahibləri olublar. Vladislav Baranov klinikanın rəhbəri olaraq qalıb. Sentyabr ayında onu Direktorlar Şurasının sədri seçiblər.

Vladislav Baranov və “Nomeko” vasitəsilə klinika Vladimir Putinin qızı Mariya Vorontsova ilə bağlıdır. Baranov “Nomeko”nun ortaq sahibidir. Rəsmi sənədlərə görə, “Nomeko”nun səhmdarı həm də Mariya Vladimirovna Vorontsovadır.

Azpost.info

Əvvəlki məqalə

Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə xəbərdarlıq etdi

Sonrakı məqalə

MEDİA İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlama yayıb