“Ukraynadakı hərbi əməliyyat uzun müddət davam edə bilər”- ABŞ Kəşfiyyat İdarəsi

“Putin hələ də Ukrayna üçün neytral statusa nail olmaq istəyir. Ona görə də ABŞ hazırda Rusiya ilə Ukrayna arasında sülhün bağlanması imkanlarını nəzərdən keçirmir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Heyns bildirib.

“Açığını deyim ki, indiki mərhələdə biz hər iki tərəfin sülh razılaşmasına gəlmək imkanını görmürük. Məncə, bu, hamı üçün aydındır. Mənzərə olduqca tutqun olaraq qalır və Rusiyanın Qərbə münasibəti getdikcə sərtləşir. ABŞ kəşfiyyat xidmətlərinin proqnozuna görə, Ukraynadakı hərbi əməliyyat uzun müddət davam edə bilər”, – Heyns deyib.

Azpost.info

Əvvəlki məqalə

“Boş-boş danışmaqla deyil…” –

Sonrakı məqalə

Azərbaycan İsraillə birgə kibertəhlükəsizlik mərkəzi yaradır