“Ukraynadakı müharibəyə artıq son qoyulmalıdır” –HAKAN FİDAN

Türkiyə Ukraynadaki işğalı rədd edir, lakin müharibəyə artıq son qoyulmalıdır.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə sülh çağrısı edən nadir ölkələrdəndir. Nazirin sözlərinə görə, müharibənin bütün bölgəyə yayılması və atom silahından istifadə riskindən narahatdır.

H. Fidanın onu da əlavə edib ki, 2024-cü il ərzində Ukraynada davam edən müharibənin dayandırılması istiqamətində müsbət nəticənin əldə edilməsi sual altındadır.

Əvvəlki məqalə

“Bu yay Suriyada yarımçıq qalan işlərimizi tamamlayacağıq” –

Sonrakı məqalə

“Sərhədin delimitasiya prosesi praktiki mərhələyə keçib” –