Ukraynadakı münaqişə diplomatiya yolu ilə başa çatacaq.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Biz açıq şəkildə deyirik ki, bu, diplomatiya, danışıqlar yolu ilə tamamlanacaq”, – Blinken qeyd edib.
Dövlət katibinin sözlərinə görə, NATO ölkələri Kiyevə dəstəyi davam etdirməkdə və ölkənin müdafiə qabiliyyətini gücləndirməkdə qərarlıdırlar ki, münaqişə bir neçə ildən sonra təkrarlanmasın.
Blinken ədalətli və davamlı sülhə nail olunacağına ümid etdiyini deyib.
Azpost.info