“Ukraynadakı münaqişənin yaxın gələcəkdə sülh yolu ilə bitəcəyini gözləmirəm”.
Azpost.info xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş bildirib.
“Buna həqiqətən ümid etmirəm. Hər iki tərəf hələ də münaqişəni davam etdirmək əzmindədir. Biz bu dramatik vəziyyətə son qoymaq üçün səy göstərən hər kəsə hörmətlə yanaşmalıyıq”, – Baş katib deyib.
Azpost.info