“Ukrayna müharibəsinin xeyrini Hindistan görür” –SƏBƏB

“Ukraynadakı münaqişədən faydalanan yeganə ölkə Hindistandır”.

Azpost.info xəbər verir ki, bunu iqtisadçı Mark Tuatti bildirib.

Onun sözlərinə görə, Hindistan indi Rusiyadan aldığı nefti yenidən satır: “Hindistan Ukraynadakı münaqişədən qazandı. Çünki ruslar indi Hindistana neft satırlar. Əvvəllər belə deyildi. Neft Hindistanda emal olunur və Avropaya satılır”.

Dekabrın əvvəlində Avropa İttifaqı ölkələri Rusiya neftinin qiymətinin yuxarı həddini bir barel üçün 60 dollar səviyyəsində təsdiqləyib. Dekabrın 27-də Putin yerli qara qızılın qiymətlərinə yuxarı həddinin tətbiqi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb. Fərmana əsasən, məhdudiyyətlərə dəstək verən ölkələrə neft və neft məhsullarının tədarükü yalnız dövlət başçısının xüsusi qərarı əsasında mümkündür.

Qeyd edək ki, Hindistan Rusiya ilə ticarətin həcmini iki dəfə artırmağı planlaşdırır. “The Indian Express” qəzetinin məlumatına görə, ölkə hökuməti ticarəti daha da stimullaşdırmaq üçün Hindistan rupisindən istifadəyə icazə verib.

Azpost.info

Əvvəlki məqalə

Gənc oğlan evdən atasının 80 min manatını oğurladı –

Sonrakı məqalə

Bakıda 15 min dollarlıq antik şamdan və kəmər oğurlandı