Fevralın 24-dən sentyabrın 25-dək Ukraynada 5996 dinc sakin həlak olub.
Azpost.info xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatında deyilir.
Bunlardan 2334-ü kişi, 1605-i qadın, 157-si qız və 190-ı oğlandır. Daha 1710 nəfərin cinsiyyəti hələlik müəyyən edilməyib.
Qeyd olunan dövrdə 8848 mülki şəxs yaralanıb ki, onların 1850-si kişi, 1356-sı qadın, 191-i qız və 264-ü oğlandır. O cümlədən cinsiyyəti hələ də məlum olmayan 5187 nəfər var.
3591 nəfər Donetsk və Luqansk vilayətlərində dünyasını dəyişib. Bu rayonların daha 4791 sakini xəsarət alıb.
Azpost.info
