Ukraynalı gənclər küçədə “Nazilə” rəqsini oynayıb yarışdılar, impovizə etdilər –

VİDEO
28 İyun 2020 - 11:20

Ukraynanın mərkəzi sayılan Xreşatik küçəsində nyu-dans həvəskarları olan gənclər Azərbaycanın xalq artisti, mahir qarmon ifaçısı Aftandil İsrafilovun bəstələdiyi “Nazilə” rəqsinin sədaları altında imorvizə ediblər. 

Azpost.info bildirir ki, kadları “Azərtac”ın Ukraynadakı müxbiri Emil Hüseynli təsadüfən çəkib. Sosial  şəbəkədə payladşığı videoda yazıb: “Bu mənzərənin şahidi olmaq sevindiricidir. Kiyevin mərkəzi Xreşatik küçəsində Azərbaycanın milli musiqisi sədaları altında maraqlı improvizə!!!”

“Nazilə” rəqsi mərhum rejissor Rasim Ocaqovun 1977-ci ildə çəkdiyi məşhur “Ad günü” filmində səslənib.

 

Bu mənzərənin şahidi olmaq sevindiricidir. Kiyevin mərkəzi Xreşatik küçəsində Azərbaycanın milli musiqisi sədaları altında maraqlı improvizə!!!

Gepostet von Emil Huseynli am Sonntag, 28. Juni 2020