Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gəlib

User 19 Aprel 2026 - 20:45
ukr usaqlar

Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib.

“Report”un məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev feysbukdakı hesabında bildirib.

Onun sözlərinə görə, bu, 2026-cı ildə ölkəyə reabilitasiya üçün gələn üçüncü qrupdur.

“2026-cı ildə üçüncü qrup, 29 ukraynalı uşaq və üç müşayiətçi psixoloji və sağlamlıq reabilitasiyası üçün Azərbaycana gəlib. Bunlar Çerniqov vilayətindəki İvanovo Liseyindən olan uşaqlardır”, – diplomat qeyd edib.

Y.Qusev vurğulayıb ki, bu səfər uşaqlara bərpa imkanları, peşəkar tibbi və psixoloji yardım almaq, qayğı hissi, təhlükəsizlik və əsl Azərbaycan qonaqpərvərliyini yaşamaq imkanı verəcək.

Qrupu Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna diplomatik missiyasının üzvləri və Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri Əlibala Məhərrəmzadə qarşılayıb.

Səfir aydınlıq gətirib ki, Rusiya-Ukrayna münaqişəsinin başlanğıcından bəri 545 ukraynalı uşaq Azərbaycanda tibbi müalicə və reabilitasiya xidməti keçib.

“Bu, sadəcə rəqəmlər deyil – xalqlarımız arasında həmrəyliyin, dəstəyin və dostluğun əsl təzahürüdür. Biz Azərbaycan rəhbərliyinə, Azərbaycan xalqına və bu çətin dövrdə Ukraynaya və uşaqlarımıza kömək edən hər kəsə səmimi səmimi qəlbdən təşəkkür edirik”, – Y.Qusev fikirlərini yekunlaşdırıb.

AzPost.az

Post navigation

Previous: Tramp və Pezeşkian Pakistanda görüşə bilər –
Next: Qod Nisanov Sankt-Peterburq parlamentinin medalı ilə təlif edilib

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.