Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Ukraynanı ABŞ öz pulu ilə bərpa etməlidir” –

User 22 İyun 2023 - 08:35 (Last updated: 21 May 2025 - 20:15)
rus sefir abs

Ukrayna ilə bağlı münaqişəni törədən ABŞ bu ölkənin bərpası üçün pulu özü ödəməlidir.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.

“Ukraynada baş verənlərə görə ABŞ administrasiyası məsuliyyət daşıyır. Buna görə də ölkəni ABŞ bərpa etməlidir”, – Antonov geniş şərhində bildirib.

Diplomat  qeyd edib ki, Ukrayna münaqişəsi ABŞ-ın Rusiya sərhədləri yaxınlığında gərginlik ocağı yaratmaq, Ukraynanı “anti-Rusiya”ya çevirmək üçün apardığı uzunmüddətli və məqsədyönlü səylərinin nəticəsidir.

O vurğulayıb ki, hazırda Birləşmiş Ştatlar qarşıdurmanı qızışdırır, respublikanı güclü silahlarla doldurur və istənilən dinc təşəbbüslərini beşiyindəcə boğur.

“Amerika silahlarının əli  ilə dağıdılan evlərin pulunu ödəmək mümkün ola bilər,  amma Vaşinqton günahsız insanların həyatının bahasını necə ödəyəcək?  ABŞ bugünkü əks-hücum adlandırılan prosesdə ağına-bozuna baxmadan hücuma göndərdiyi ukraynalılarla necə hesablaşacaq? – deyə Antonov vurğulayıb.

Onun sözlərinə görə, Kiyev üçün silah alınması üçün ayrılan görünməmiş məbləğdə vəsaitin fonunda Afrika, Latın Amerikası və Asiyanın ən kasıb dövlətləri diqqətdən kənarda qalıb.

“Planetdə insanların acından öldüyü yerlər var. ABŞ münaqişəyə Qərbin faktiki cəlb olunması səbəbindən qan tökülməsini uzatmağı və üçüncü dünya müharibəsinƏ təhrik etməyi daha aktual hesab edir”.

Azpost.info

Post navigation

Previous: ABŞ Prezidentinin oğlu məhkəmə qarşısına çıxacaq
Next: “Kiyev sülh müqaviləsinə razı idi, Qərb qoymadı” –

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.