“Ukraynanı çətin qış gözləyir”.
Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq onlayn rejimdə keçirilən Krım Platformasının ikinci sammitində çıxışı zamanı bildirib.
“Qarşıdan gələn qış ağır olacaq… Ona görə də biz uzunmüddətli dəstək təmin etməliyik ki, Ukrayna suveren və müstəqil dövlət kimi qorunsun”, – Baş katib deyib.
Stoltenberq NATO-nun Ukrayna ilə uzunmüddətli tərəfdaşlığa sadiq qaldığını da bəyan edib: “Bu, ona sovet silahlanma standartlarından ittifaq standartlarına keçməyə, müdafiə və təhlükəsizlik sektorlarında islahatlara, eləcə də yenidənqurmaya kömək edəcək”.
Azpost.info
