“Ukraynanı etibarlı dəstəklədiyinə görə Türkiyəyə minnətdaram” –ZELENSKİ

“Ukraynanı etibarlı dəstəklədiyinə görə mən Türkiyəyə minnətdaram”.

Bu barədə Ukrayna Preidenti Vladimir Zelenski “X” hesabında bildirib.

Bildirilib ki, hər iki ölkə Qara dənizdə bütün regionun qlobal ərzaq təhlükəsizliyini dəstəkləyir. Bunun üçün gəmiçiliyin təhlükəsizliyi əsas şərtdir. Buna birlikdə nail ola bilərik.

“Biz Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığın və birgə istehsalın gücləndirilməsində maraqlıyıq. Hərbi əsirlərimizin o cümlədən Rusiyanın əsirliyində olan Krım tatarlarının azad edilməsində Türkiyənin köməyinə ehtiyacımız var”, – deyə Zelenski bildirib.

Əvvəlki məqalə

Ərdoğanın Vladimir Zelenski ilə görüşü başlayıb

Sonrakı məqalə

Media eksperti Ələsgər Məmmədli saxlanılıb