“Ukraynanı NATO-ya qəbul etmək lazımdır”- KİSSİNCERDƏN KREMLDƏ QƏZƏB DOĞURAN AÇIQLAMA

“Ukrayna Rusiyaya qarşı ərazi iddialarından qorunmaq üçün NATO-ya qəbul edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Economist”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbin əsas vəzifəsi təkcə indiki müharibəni bitirmək deyil, həm də Moskva ilə Kiyev arasında qarşıdurmanın növbəti raundu üçün şərait yaratmamaqdır

Kissencerin fikrincə, sülh sazişinin istənilən variantına əsasən, Rusiya Qara dəniz donanmasının yerləşdiyi Sevastopolu özündə saxlayacaq. Ukrayna Rusiyanın 2014-cü ildən bəri əldə etdiyi ərazilərin yalnız bir hissəsini itirəcəyi ilə kifayətlənməyəcək. Bu da münaqişənin yenidən başlamasına səbəb olacaq.

“Ukraynanın Alyansdakı perspektivləri haqqında avropalıların indi dedikləri məncə, olduqca təhlükəlidir. Çünki avropalılar deyirlər ki, “biz onları NATO-da istəmirik, çünki çox risklidirlər. Ona görə də biz onları silahlandıracğıq, ən müasir silahları verəcəyik”, – Kissincer bildirib.

Kissincer Ukraynanı qorumaq, eyni zamanda cilovlamaq üçün onu NATO-ya qəbul etməyi təklif edir. O, həmçinin regionun şərq hissəsində sabit sərhəd yaratmaq üçün Avropa və Rusiya arasında yaxınlaşma təşəbbüsünün həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

SSRİ dağılandan bəri ilk dəfə NATO Rusiyaya qarşı böyük hərbi plan hazırlayıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib