Ukraynanın atdığı raket Belarus ərazisinə düşüb- FOTO

Ukraynaya məxsus “S-300” zenit kompleksindən buraxılan raket Belarus ərazisinə – Brest vilayətinin İvanovo şəhəri yaxınlığına düşüb.

Azpost.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belarus prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə İstintaq Komitəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarından bir qrup mütəxəssis hadisə yerində araşdırma aparır.

Qeyd edək ki, Rusiya qoşunları bu raketlərdən Ukraynanı atəşə tutmaq üçün istifadə edir. Lakin bu kompleks Ukrayna Silahlı Qüvvələrində də var.

Azpost.info

 

Əvvəlki məqalə

2022-ci ilin dünyada ən çox yadda qalan altı hadisəsi

Sonrakı məqalə

Yardımlı sakini torpaq uçqunu altında qalaraq ölüb