Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsi qəbul olundu

avropa

Avropa Parlamenti Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük ərizəsini qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib. Onun sözlərinə görə, Ukraynanın üzvlüklə bağlı müraciəti qanuni müraciətdir və indiki çətin vaxtda buna ciddi yanaşılmalıdır: “Bir neçə dəqiqə əvvəl prezident Zelenski ürəyini açdı və Aİ üzvlüyü üçün rəsmi müraciəti xatırladı. Düşünürəm ki, hərəkətə keçməliyik. Bu çətin qərardır, lakin biz Şuranın bu məsələyə baxa bilməsi üçün Avropa Komissiyasını həll yoluna cəlb etməliyik”.

Ş.Mişel həmçinin əlavə edib ki, Aİ Ukraynaya maliyyə yardımını davam etdirəcək: “Əlbəttə ki, Ukraynaya dəstək maliyyə resurslarının səfərbər edilməsidir. Bu, bizim artıq etdiyimiz işdir və bunu davam etdirəcəyik. Beynəlxalq donor konfransı olacaq. Biz qaçqınlara və müharibədən qaçan insanlara kömək edəcəyik. Və Ukrayna xalqı ilə həmrəy olduğumuzu nümayiş etdirəcəyik”. O qeyd edib ki, Aİ-nin həmrəyliyini artıq Ukraynaya çatdırılan və çatdırılacaq müdafiə hərbi resursları da nümayiş etdirir.

Avropa Parlamentinin qərarını Ukrayna xarici işlər naziri Dmitri Kuleba öz “Tvitter” səhifəsində şərh edib: “Avropa İttifaqının indi qəbul edə biləcəyi ən yaxşı qərar Ukraynanı dərhal onun üzvlüyünə qəbul etməkdir. İndi Ukraynanı Aİ-nin tamhüquqlu üzvü etmək lazımdır. Tarixi dövrlər hadisələrin dinamikasını kökündən dəyişə biləcək böyük və tarixi qərarlar tələb edir. Bu qərar həmin qəbildəndir”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir