Ukraynanın Rusiya nəzarətində olan ərazilərində referendum başlanıb

Ukraynanın Rusiya nəzarətində olan ərazilərində referendum başlanıb. 

Azpos.info bildirir ki, separatçı “Luqansk Xalq Respublikası” elan olunan ərazilərdə seçki məntəqələri açılıb.

“Referendum” həmçinin Zaporojye vilayətində təşkil edilib.

Sentyabrın 23-dən 26-dək keçiriləcək referendum qondarma ərazilərin Rusiyaya birləşdirilməsi üçün aparılır.

Zaporojye vilayətinin 4 rayonunda keçirilən “referendum”da seçici siyahılarına 500 min adamın adı salınıb. Həmin ərazilər Rusiyanın nəzarətindədir.

Səsvermə iştirakçılarına “Siz Zaporjye vilayətinin Ukrayna tərkibindən çıxmasına,  müstəqil dövlətin yaradılmasına yaxud Rusiya Federasiyası tərkibinə keçməsinə razısınızmı?” sualı verilib.

 

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

“Ermənistan bu şəxslərin məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür” –