“Ukraynanın rəhbərliyi xüsusi əməliyyatdan xəbərdar idi” –

lukasenko

Belarus lideri Aleksandr Lukaşenko Minskdə Ukrayna-Rusiya danışıqlarının keçirilməsini təklif edir.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, o, Rusiyanın Ukraynanı işğal etmək fikrində olmadığını bildirib.

Lukaşenko iddia edir ki, Ukraynanın hərbi rəhbərliyi mümkün xüsusi əməliyyatdan xəbərdar idi, lakin bunun qarşısını almaq üçün heç nə etmədi: “Bu qırğının başlamaması üçün müdafiə naziri ilə, Rusiya Baş Qərargahı ilə dərhal əlaqə saxlamaq lazım idi. Ora zəng etdi? Zəng etmədi. Münaqişənin başlaya biləcəyini bilə-bilə Moskvaya belə, zəng etmədi. Tarixdə belə hallar olub ki, Xruşşov gecə Kennediyə zəng edib termonüvə müharibəsini dayandırıb”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir