Ukraynaya məxsus silahlı qruplar Belqorod və Kursk vilayətlərinə keçməyə cəhd göstərib.
Bu barədə Rusiyanın “Telegram” kanallarında məlumat yayılıb.
Qeyd edilib ki, pikap avtomobillərində olan bir neçə silahlı qrup minaatan və artilleriya atəşinin dəstəyi ilə hücuma keçib. Hazırda Belqorod və Kursk vilayətinin Tetkino məntəqəsində atışma getdiyi vurğulanıb.
Hələlik rəsmi məlumat yoxdur.