“Ukraynanın tam qələbəsi çox uzun vaxt aparacaq və işğal olunmuş ərazilərin azad edilməsinə nail olmaq çox yüksək gözləntidir. Hazırkı əks-hücum zamanı bu vəzifələri yerinə yetirmək mümkün olmayacaq”.
Azpost.info xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley bildirib.
ABŞ ordusunda ən yüksək rütbəli zabit kimi səlahiyyət müddəti sentyabrın sonunda başa çatacaq Milley deyib ki, Ukraynanın işğal olunmuş hissəsində 200 mindən çox rus əsgəri var. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hazırkı hücumu vacib olsa da, məhdud əməliyyat hədəflərinə və taktiki məqsədlərə malikdir.
Milley Ukraynanın tam azad edilməsinin nə qədər vaxt aparacağı ilə bağlı təxminlərini açıqlamayıb. Lakin qeyd edib ki, bütün rus bölmələrini hərbi cəhətdən sıradan çıxarmaq üçün əhəmiyyətli bir müddət ərzində çox ciddi səylər lazımdır.
NATO Baş katibi Yens Stoltenberq də uzun sürən münaqişəyə hazırlaşmağı tövsiyə edib.
“Müharibələrin çoxu gözlənildiyindən daha uzun sürür. Ona görə də biz Ukraynada uzun müharibəyə hazırlaşmalıyıq”, – Stoltenberq qeyd edib.
Azpost.info