ABŞ dövlət katibi Entoni Blinken G20 sammitində Rusiyaya müraciət edərək Ukrayna limanlarına qoyulan blokadanı açmağı tələb edib.
Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Blinken qapalı iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət edib: “Rusiyalı həmkarlarımıza müraciət edirəm: Ukrayna sizin ölkəniz deyil. Onun taxılı sizin taxılınız deyil. Limanları niyə bağlayırsız? Bu taxılı buraxmalısınız!”.
Qeyd edək ki, G20 ölkələrinin XİN rəhbərlərinin bu dəfəki görüşünün əsas mövzularından biri ərzaq təhlükəsizliyi olub.
Azpost.info
