“Ukraynaya 10 il hərbi dəstək verməklə bağlı ABŞ-la danışıqlar aparılır” –ZELENSKİ

Kiyev və Vaşinqton nümayəndələri yaxın on il üçün Ukraynaya hərbi və maliyyə dəstəyinin həcmi ilə bağlı danışıqlar aparır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna və ABŞ ikitərəfli təhlükəsizlik sazişi üzərində işləyir. “Biz bu il və növbəti on il üçün xüsusi dəstək səviyyələrini təyin etmək üçün çalışırıq”, – deyə Zelenski qeyd edib.

Dövlət başçısı aydınlaşdırıb ki, söhbət hərbi, maliyyə və siyasi dəstəkdən, eləcə də birgə silah istehsalından gedir.

Əvvəlki məqalə

Gürcüstanın keçmiş dövlət naziri etiraz aksiyasında saxlanılıb

Sonrakı məqalə

PSJ 12-ci dəfə Fransa çempionu olub