Ukraynaya hərbi yardım üzrə təmas qrupunun növbəti iclası martın 15-də olacaq.
Azpost.info xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostinlə Ukrayna müdafiə naziri Aleksey Reznikovun telefon söhbəti zamanı bildirilib.
Pentaqondan verilən məlumata görə, Ostin Reznikovu Ukraynaya təhlükəsizlik yardımı göstərmək səyləri barədə məlumatlandırıb. Ukraynalı nazir də öz növbəsində ona cəbhədəki son hadisələr barədə bilgi verib.
“Ramşteyn formatı”nda təmas qrupunun son iclası fevralın 14-də keçirilib. Iclasda NATO üzvü olan ölkələrin müdafiə nazirləri Ukraynaya yardımı müzakirə ediblər. Kiyevə tank və döyüş təyyarələrinin tədarükü ilə bağlı müzakirələrdən sonra əsas diqqətin sursatların ötürülməsinə yönəldilməsinə qərar verilib.
Azpost.info