“Ukraynaya “Leopard” göndərmək qərarı son dərəcə təhlükəlidir” –Rusiya səfiri

Almaniya hökumətinin Ukraynaya “Leopard 2” tanklarının tədarükünü təsdiqləməsi qərarı son dərəcə təhlükəlidir və bu, münaqişəni qarşıdurmanın yeni səviyyəsinə qaldırır.

CNN xəbər verir ki, bunu Rusiyanın Berlindəki səfiri Sergey Neçayev deyib.

Diplomat bildirib ki, bu qərar Almaniya siyasətçilərinin münaqişədə iştirak etməməklə bağlı bəyanatlarının əksinədir.

“Təəssüf ki, bu təkrar-təkrar baş verir. Biz bir daha görürük ki, Almaniya ən yaxın tərəfdaşları kimi Ukrayna böhranının diplomatik həllində maraqlı deyil, daimi eskalasiya və Kiyev rejiminin daha ölümcül silahlarla doldurulmasını istəyir. “Qırmızı xətlər” artıq keçmişdə qalıb”, – Naçayev qeyd edib.

Səfir İkinci Dünya müharibəsindən sonra Rusiya və Almaniya arasında barışıq yolunun çətin olduğunu xatırladıb: “Alman xaçı ilə işarələnmiş döyüş tankları bir daha “Şərq Cəbhəsi”nə göndəriləcək ki, bu da qaçılmaz olaraq yalnız Rusiya əsgərlərinin yox, həm də mülki əhalinin ölümünə səbəb olacaq”.

Naçayev Berlinin qərarının Leninqrad mühasirəsinin 80-ci ildönümünə təsadüf etdiyini vurğulayıb.

“Bu qərar qalan bütün etimadı da məhv edir, artıq acınacaqlı vəziyyətdə olan Rusiya-Almaniya əlaqələrinə geri dönüşsüz zədə vurur və yaxın gələcəkdə normallaşma ilə bağlı ehtimallara şübhə yaradır”, – Rusiya səfiri vurğulayıb.

Əvvəlki məqalə

Azərbaycanda insanlar qrip infeksyasına bu yerlərdə yoluxur

Sonrakı məqalə

Daha iki Avropa ölkəsi Kiyevə “Leopard” tankları göndərəcək