“Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti bərpa olunub-

Metroda nasazlıq aradan qaldırıldı (YENİLƏNİB)
24 Noyabr 2019 - 09:54

Saat 10:15-də “Ulduz-Həzi Aslanov” sahəsində qatarların hərəkəti bərpa olunub.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

***

Bakı Metropolitenin “Neftçilər-Qara Qarayev” mənzilində təmas relsində nasazlıq baş verib.

Azpost.info bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti “Nəriman Nərimanov-İçərişəhər”, “Nəriman Nərimanov-Dərnəgül” və əksinə istiqamətdə təşkil edilir: “Hazırda “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür İctimaiyyətə əlavə məlumat veriləcək”.

“Bakı metropolitenində təmas relsində yaranmış nasazlıq qatarlar hərəkətə başlamamışdan qeydə alınıb”- deyə mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya bildirib.

Onun sözlərinə görə nasazlıq sərnişinlər metropolitenə daxil olmamışdan, saat 05:40-da baş verib: “Hazırda təxirəsalınmaz işlər görülməkdədir. Qısa müddətdə mövcud problem həllini tapacaq. Hadisə araşdırılır, əlavə məlumat veriləcək”.