“Ümid” partiyasının sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapılıb

YENİLƏNİB
01 Sentyabr 2021 - 21:34

“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin itkin düşən qızı və qardaşı oğlu tapılıb.

Bu barədə T.Qulami bildirib.

Sədr müavininin sürücüsü zəng edərək uşaqların tapıldığını deyib və hazırda onları götürməyə gedirlər.

**

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, 15 yaşlı Aişə Məmmədli və 12 yaşlı Famil Qulaminin yeri müəyyən olunub və ailələrinə təhvil veriləcək.

Ehsan Zahidov qeyd edib ki, polis partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni münasibətdədir: “Uşaqların yoxa çıxması ilə bağlı polisə məlumat daxil olan kimi onların tapılması istiqamətində axtarış tədbirləri başlayıb. Tez bir zamanda uşaqların yeri müəyyənləşdirilib”.