“Ümumavropa təhlükəsizlik arxitekturası qurmaq, ora Rusiyanı da cəlb etmək lazımdır”- MERKEL

“Ümumavropa təhlükəsizlik arxitekturası qurmaq, ora Rusiyanı da cəlb etmək lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

“Hətta bu, çox dözüm tələb etsə də, Rusiyanın iştirakı ilə ümumi Avropa təhlükəsizlik arxitekturası üzərində işi davam etdirmək, hər şeyi hamıya uyğun olacaq şəkildə etmək lazımdır”, – Merkel qeyd edib.

O, həmçinin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını sərt tənqid edib. Onun sözlərinə görə, Rusiya rəhbərliyinin hərəkətləri beynəlxalq hüququ pozur.

Azpost.info

Əvvəlki məqalə

Norveç rusiyalı turistlər üçün sərhədi bağlaya bilər

Sonrakı məqalə

MEDİA-da Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirilib