Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclas keçirəcək

- Koronavirusla bağlı
30 Yanvar 2020 - 13:27

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə ÜST-ün saytı məlumat yayıb.

Bildirilib ki, bu gün ÜST-ün baş katibi Tedros Adanom Gebreisusun rəhbərliyi ilə koronavirus epidemiyası ilə bağlı yaradılan Fövqəladə Komitənin iclası keçiriləcək.

Komitə beynəlxalq fövqəladə vəziyyətin elan olunub-olunmaması məsələsini müzakirə edəcək. Eyni zamanda epidemiya ilə mübarizə üçün tövsiyələrin hazırlanması da müzakirə olunacaq və daha sonra baş katib yekun qərarı elan edəcək.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 170-ə çatıb, hazırda 7711 nəfər isə bu virusun daşıyıcısına çevrilib.