Azərbaycan və Ermənistan XİN başçıları bir arada- Danışıqların növbəti mərhələsi başlayıb

Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların növbəti mərhələsi başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Twitter”də bildirib.

O qeyd edib ki, danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edirlər.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar dünəndən etibarən başlayıb, danışıqların ilk mərhələsi 7 saat davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclas keçirəcək

Sonrakı məqalə

Tibb müəssisələrində jurnalistlərin suallarını cavablandırmaq üçün məsul şəxslər olacaq