Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Azərbaycana gəlir –

Koronavirusla mübarizə üçün
08 Mart 2020 - 14:36

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan, Ukrayna və Çernoqoriyaya koronavirusun yayılması ilə mübarizə aparmaq üçün ekspertlər göndərmək qərarına gəlib.

Bu barədə ÜST-ün Avropa Regional Bürosunun mətbuat xidməti məlumat yayıb.

“ÜST ARB COVID-19-a hazırlığın və reaksiyanın təmin olunması tədbirləri çərçivəsində yaxın günlərdə Azərbaycan, Ukrayna və Çernoqoriyaya üç missiya yönləndirir”, -məlumatda deyilir. (Virtualaz.org)