Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

User 07 May 2026 - 22:51 (Last updated: 07 May 2026 - 22:51)
heyder01

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media mənsubları, həmkarlar ittifaqlarının çoxsaylı üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə xalqımızı ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin, güclü siyasi iradənin və qüdrətli dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır.

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Tədbir Ümummilli Liderin rəğbət bəslədiyi musiqi və poeziya nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri – Mənsum İbrahimov və Niyaməddin Musayev, əməkdar artistlər – Gülüstan Əliyeva, Təyyar Bayramov, Ramil Qasımov və digər tanınmış incəsənət nümayəndələrinin ifaları böyük maraqla qarşılanıb. /APA/

 

AzPost.az

Post navigation

Previous: Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı –
Next: Uzun müddət heç bir simptom göstərməyən 5 xəstəlik hansıdır?

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.