“Ürəyim ağrıyır, dünən Moskvada badələr qaldırıldı, Medvedev sevindi…”-  İtaliya XİN rəhbəri

“İtaliyanın hakim koalisiyasında fikir ayrılıqları Rusiya hakimiyyətinin əlinə işləyir”.

Azpost.info xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo deyib.

“Mənim ürəyim ağrıyır ki, dünən gecə Moskvada badələr qaldırıldı, Medvedev sevindi… Çünki Putinə Draqinin başını gümüş nimçədə təqdim etdilər. Avtokratiyalar tost qaldırır, demokratiyalar isə zəifləyir. Bu hökumət dağılsa, Avropa da zəifləyəcək”.

Qeyd edək ki, söhbət, İtaliyada Baş nazir Mario Draqinin parlamentdəki səsvermə ilə əlaqədar istefa verdiyini elan etməsindən sonra yaranan siyasi böhrandan gedir. İtaliya prezidenti Sercio Mattarella Draqinin istefasını qəbul etməyib.

Azpost.info

 

Əvvəlki məqalə

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ermənistana gəlib

Sonrakı məqalə

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi kimdir –