Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen əlverişsiz hava şəraiti ilə əlaqədar Monteneqroya oktyabrın 29-na planlaşdırılan səfərini ləğv edib.
Azpost.info xəbər verir ki, bu barədə TASS Lyayenin sosial şəbəkələrdəki açıqlamasına istinadən yazır.
“Təəssüf ki, bu səhər pis hava şəraitinə görə Monteneqroya səfərimi təxirə salmalı oldum. Biz onu yenidən planlaşdıracağıq. Yaxın gələcəkdə gözəl ölkənizə yenidən səfər etməyi səbirsizliklə gözləyirəm”, – Avropa Komissiyasının rəhbəri yazıb.
TASS qeyd edir ki, hazırda Belqradda hava açıqdır, bulud yoxdur.
Azpost.info
