Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Uşaq Hüquqlarının Müdafiəsi Liqası yeni layihəsinə start verib –

User 04 İyul 2025 - 20:15 (Last updated: 04 İyul 2025 - 21:37)
us01

“Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi qrant müsabiqəsi çərçivəsində qalib gələn “Müharibə uşaqların gözü ilə” adlı layihəsini həyata keçirməyə başlayıb.

02.07.2025-ci il tarixində “Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin sədri Yusif Bəkirovun rəhbərliyi və birlik üzvlərinin iştirakı ilə 3 ay davam edəcək layihə çərçivəsində görüləcək işlər müzakirə olunub, icra planı təsdiqlənib və vəzifə bölgüsü aparılıb.

Qeyd edilib ki, layihə çərçivəsində 1993-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində və Respublikamızın müxtəlif bölgələrində məktəblilər arasında keçirilmiş inşa müsabiqəsinə təqdim edilən, arxivləşdirilən inşalar əsasında “Qara Yanvar və işaqlar…” adlı kitab nəşr olunacaq.

Kitabda 1990-cı illərin məktəbliləri tərəfindən yazılmış, 20 Yanvar faciəsi zamanı gördüklərini, hiss etdiklərini və yaşadıqlarını əks etdirən inşalardan bir qismi toplanacaq, həmçinin XX əsr folklorunun bir hissəsi olan, məktəblilər tərəfindən qələmə alınan bayatılar, ağılar, şeirlər, hekayələr, esselər nəşrə əlavə olunacaq.

“Azərbaycan tarixi” dərsləri üçün əlavə vəsait ola biləcək kitab müasir məktəblilərə ötən əsrdə yaşamış həmyaşıdlarının dünyagörüşü, düşüncə tərzi, vətənpərvərlik hissi, yaşadıqları tarixi məhz xatirələrdən oxumaqla, Vətənimizin təkrar müstəqilliyinə qovuşduğu dövrün hansı qanlı-qadalı hadisələrdən keçdiyini təsəvvür etmək imkanı qazandıracaq.

“Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi 1990-cı ildən başlayaraq uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir, 11 may 2005-ci il tarixindən Dövlət qeydiyyatına alınıb. Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqasının əsas məqsədi – uşaq hüquqlarının təşviq olunmasına yardım etmək, fəaliyyət istiqamətləri isə uşaq hüquqlarının qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, uşaq hüquqlarının qorunması sahəsində maarifləndirmə işləri aparmaq, müvafiq sahədə dövlət qurumlar ilə əməkdaşlıq etməkdir.

Təşkilat yarandığı gündən uşaq hüquqlarının müdafiəsi, ailə hüququ, gender münasibətləri məsələləri sahəsində maarifləndirmə işlərinin aparılması, uşaqlar arasında ekoloji biliklərin təşviqi istiqamətində bir çox əhəmiyyətli layihələr həyata keçirmiş və internet resurslar, nəşrlər hazırlayıb.

AzPost.az

Post navigation

Previous: Skoliozla mübarizədə 5 vacib addım
Next: Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.