Uşaq pulu kimlərə və necə verilməlidir? –

RƏYLƏR
02 Sentyabr 2019 - 08:31

2006-cı ildən Azərbaycanda ünvanlı sosial yardımların tədbiqi ilə bağlı uşaqlara aylıq müavinətlərin verilməsi dayandırılıb. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin süverenliyi, ərazi bütövlüyü uğurunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura habelə, çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.

Azpost.info Azadlıq radiosuna istinadən bildirir ki, artıq bir ilə yaxındır ölkədə yenidən uşaqlara aylıq müavinətin bərpası məsələsi müzakirə edilir. Bəzi deputatlar və ekspertlər bununla bağlı təkliflərini ifadə ediblər. Müxalifət isə bunu birmənalı şəkildə tələbləri sırasına daxil edib.

“Çünki “uşaq pulu” yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanından xaric olunacaq. Yəni ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Bəziləri də təklif edir ki, “uşaq pulu” ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilsin. Burada da sosial ədalət prinsipinə sadiq qalınmalıdır. Çünki elə ailə var ki, onların gəlirləri olduqca yüksəkdir. Onların ailəsinə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi ailə büdcələrinə hiss olunacaq dərəcədə təsiri olmayacaq. Lakin həmin vəsaiti aztəminatlı ailənin uşağına yönəltsək bu daha yaxşı olar”, deyə o Report-a bildirmişdi.

Onun həmkarı, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə radioya deyib ki, Milli Məclisdə “uşaq pulu”nun bərpası tez-tez qaldırılır. Onun özü də “uşaq pulu”nun bərpasını dəstəkləyir. Ancaq onun fikrincə, məsələyə dövlət büdcəsi səviyyəsində baxılmalıdır. Vahid Əhmədov “uşaq pulu”nun veriləcəyi təqdirdə, ünvanlı sosial yardımın ləğv olunması təklifi ilə razılaşmır:

“Bunun ünvanlı sosial yardıma nə aidiyyatı var? Ləğv olunacaqsa, “uşaq pulu”nun nə əhəmiyyəti oldu? Ünvanlı sosial yardım niyə verilir, ada baxın, ünvanlı, yəni söhbət konkret adamdan gedir, hamıya verilmir. O adamlara verilir ki, yaşayış səviyyəsi aşağıdır, maddi imkanları yoxdur. Bu məsələnin “uşaq pulu”na aidiyyatı yoxdur. Məncə, maliyyə orqanlarında kifayət qədər təcrübəli adamlar oturub, onlar hesablayıb ortaq məxrəcə gələcəklər”.

Ancaq Vahid Əhmədov hesab edir ki, hazırda əhali üçün əsas icbari tibbi sığortanın tətbiqidir: “Bu sahənin işə düşməsi üçün külli miqdarda vəsait lazımdır. Azərbaycan əhalisi üçün əsas məsələ icbari tibbi sığortadır, bu problem həll olunmalıdır ki, insanlar xəstəliklə bağlı əziyyət çəkməsin. Əgər icbari tibbi sığorta tətbiq olunsa, əhalinin vəziyyəti 50 faiz yaxşılaşacaq”.

Deputat Fazil Mustafa da Azadlıq Radiosuna ünvanlı sosial yardımın gəlirləri az olan ailələrə verildiyini xatırladıb: “Yəni qanunvericilikdəəyyən məbləğdə gəlirləri olan ailələrə ünvanlı sosial yardım düşmür. Amma uşaqlarını saxlamasından əziyyət çəkən müəyyən ailələr var ki, onların “uşaq pulu”na ehtiyacı var. “Uşaq pulu”nunun o formada tətbiqi mümkündür ki, ünvanlı olaraq bu nəzərdə tutulmalıdır. Hətta müəyyən qism üçün natural formada da mümkündür, söhbət qida və başqa aspektlərdən gedir. Bununla da yoxsul ailələrin problemlərini həll etmək olar.Həm də demoqrafik artımı da stimulllaşdırmaq mümkündür. Çünki müharibə aparan dövlət olduğumuzdan say məsələsində maraqlı olmalıyıq. Bu mənada “uşaq pulu”nun bərpası ünvanlı sosial yardıma təsir etsə də, çox da əhəmiyyətli təsir göstərməyəcək. Xeyli ailələr var ki, uşaqlar böyük olduğundan hamını “uşaq pulu” ilə təmin etmək nəzərdə tutulmamalıdır. İlkin mərhələdə 6 və 12 yaşa qədər nəzərədə tutula bilər, ona görə də bütün ailələr “uşaq pulu”ndan təsirlənməyəcəklər”.

Fazil Mustafa deyib ki, Musa Quliyev qanunvericiliyə uygun danışıb: “Çünki gəlirlər artdıqca ünvanlı sosial yardımın mənasına uyğun gəlmir.”