Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Uşaqlara psixoloji dəstəklə bağlı layihənin icrasına başlanıb

User 07 May 2026 - 21:10 (Last updated: 07 May 2026 - 22:54)
eqli

“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdır.

Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidir. Bu uşaqlara göstərilən psixoloji dəstək onların ümumi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Psixoloji dəstək ilk növbədə uşağın emosional vəziyyətinin tənzimlənməsinə xidmət edir. Davranış pozuntuları olan uşaqlarda aqressivlik, impulsivlik, qorxu, təşviş, özünəqapanma və digər uyğun olmayan reaksiyalar müşahidə oluna bilər. Erkən müdaxilə və düzgün psixoloji yanaşma vasitəsilə bu hallar tədricən azaldılır, uşaqlara emosiyalarını tanımaq və onları qəbul olunan formada ifadə etmək bacarıqları aşılanır.

Layihəyə Sumqayıt şəhəri və ətraf qəsəbələrdə yaşayan əlilliyi olan 15 uşaq cəlb olunacaq. Uşaqlarla psixoloq tərəfindən fərdi, təlimçi tərəfindən isə qrup şəklində məşğələlər keçiriləcək. Layihənin ilkin mərhələsində psixoloq tərəfindən uşaqların psixi inkişaf səviyyəsi qiymətləndiriləcək və onların psixoloji vəziyyəti ilə bağlı rəy hazırlanacaq. Növbəti mərhələlərdə uşaqlara müxtəlif istiqamətlər üzrə təlimlər keçiriləcək.

Təlimlər vasitəsilə bu kateqoriyadan olan uşaqlarda emosional tənzimləmə, sosial uyğunlaşma, ünsiyyət bacarıqları və davranışın idarə olunması sahələrində mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstəriləcək. Bununla yanaşı, korreksiyaedici və inkişafetdirici məşğələlər uşaqların koqnitiv bacarıqlarının inkişafına müsbət təsir göstərəcək.

Hər bir uşaq üçün fərdi yanaşma proqramı hazırlanacaq və proqram uşağın yaş xüsusiyyətlərinə, inkişaf səviyyəsinə və ehtiyaclarına uyğun təşkil olunacaq.

Əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlarla aparılan psixoloji işin ən vacib istiqamətlərindən biri ailə ilə maarifləndirmə işinin təşkili hesab olunur. Bu səbəbdən layihə çərçivəsində hər məşğələdən sonra valideynlərə uşağın davranış xüsusiyyətlərini anlamaq, ona düzgün yanaşmaq, müsbət möhkəmləndirmə üsullarından istifadə etmək və sağlam ünsiyyət modeli qurmaq istiqamətində tövsiyələr veriləcək. Valideyn və mütəxəssis əməkdaşlığı uşağın inkişafına müsbət təsir göstərəcək.

Nəticə etibarilə, əqli gerilik və davranış pozuntuları olan uşaqlara göstərilən psixoloji dəstək onların sosial və emosional sferasının tənzimlənməsinə, həmçinin təlim fəaliyyətinə qoşulmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Erkən müdaxilə və düzgün psixoloji yardım uşağın gələcək həyat keyfiyyətinin yüksəlməsində mühüm rol oynayacaq.

Layihə çərçivəsində keçiriləcək təlim mövzuları aşağıdakılardır:

* diqqət proseslərinin möhkəmləndirilməsi;
* yaddaşın inkişafı;
* təfəkkürün inkişafı;
* qavramanın inkişafı;
* sosial və özünəqulluq bacarıqlarının formalaşdırılması;
* ünsiyyət bacarıqlarının inkişafı;
* emosiyaların tanınması və ifadə olunması bacarıqlarının inkişaf etdirilməsi;
* xırda motorika və əl bacarıqlarının inkişafı;
* özünəinamın və fəaliyyət motivasiyasının artırılması;
* davranış pozuntuları olan uşaqlarla bağlı ailə ilə psixoloji işin təşkili.

AzPost.az

Post navigation

Previous: Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib
Next: Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı –

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.