ÜST-də qalmaqal –Fransa və Almaniya danışıqları yarımçıq tərk edib

Fransa və Almaniya Ümumdünya Səhiyyə Təşkilatında (DST) islahatlara dair danışıqları yarımçıq tərk ediblər.

Reuters xəbər verir ki, buna səbəb DST-dən çıxdığını elan etməsinə baxmayaraq Amerika Birləşmiş Ştatlarının danışıqlara rəhbərlik etmək cəhdi olub.

Reuters bildirir ki, bu, prezident Donald Tramp üçün xoşagəlməz hadisə olub. Beləki hazırda G7 qrupunun rotasiyalı sədri olan Vaşinqton sentyabr ayında DST-nin bütünlüklə islahatı üçün yol xəritəsi təqdim etməli idi.

Ağ Ev bu hadisənin prezident seçkisindən iki ay əvvəl baş verəcəyinə ümid edirdi.

Amerika Birləşmiş Ştatları ötən iyulda ÜST-yə onun sıralarını tərk edəcəyinə dair birillik bildiriş verib. Tramp ÜST-ni Çinə həddən artıq yaxın olmaqda və pandemiya ilə mübarizəni yarıtmamaqda ittiham edib.

ÜST bu ittihamları qəbul etmir.

 Almaniyanın incikliyi

Reuters yazır ki, ÜST-ü Avropa hökumətləri də tənqid ediblər, amma bu tənqid Vaşinqtonun tənqidi qədər ağır və sərt olmayıb.

Bu danışıqlarda iştirak edən Avropa rəsmilərindən biri Reuters-ə deyib ki, heç kəs danışıqlara təşkilatı tərk etmiş bir ölkənin rəhbərlik etməsi ilə razılaşmaz.

Almaniya və Fransanın səhiyyə nazirləri Reuters agentliyinə danışıqları ABŞ-ın sədrlik cəhdlərinə görə tərk etdiklərini təsdiqləyiblər.

İtaliya Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, islahat sənədinin müzakirəsi davam edir, lakin bu məsələdə Roma da Berlin və Parisin mövqeyini dəstəkləyir.

Almaniya və Fransanın demarşı barədə suala cavab verərkən Tramp administrasiyasının vəzifəli rəsmisi deyib ki, G7-nin bütün üzvləri DST-nin islahatı ideyasını dəstəkləyirlər. O əlavə edib ki, elə buna görə də Fransa və Almaniyanın mövqeyi təəssüf doğurur.

Britaniya hökuməti hadisə barədə şərh verməkdən boyun qaçırıb.

“Kobud” tənqid

ÜST-nin islahatına dair danışıqlara 4 ay bundan əvvəl başlanıb və indiyədək G7 qrupu üzvlərinin 20-dək telekonfransı olub.

G7-nin təklif etdiyi plan Yaponiya və Kanada üçün də nəzərdə tutulub və bu səbəbdən məsələ habelə G20 qrupunda müzakirə olunacaq. G20 qrupuna Çin və Rusiya da daxildirlər.

Bu hadisədən sonra G7-nin Birləşmiş Ştatlarda sentyabrda keçirilməli olan sammitinin baş tutub-tutmayacağı naməlum qalır.

ABŞ rəsmiləri Birləşmiş Ştatların DST üçün islahat planında nələrin olduğunu açıqlamayıblar.

Buna baxmayaraq, ABŞ-ın təklif etdiyi yol xəritəsi ilə tanış olan Avropa hökumətləri bu sənədin son dərəcə tənqidi olmasından narazıdırlar.

Reuters yazır ki, bir yüksək vəzifəli Avropa rəsmisi sənədi “kobud” adlandırıb.

Bu danışıqlardan bir neçə həftə əvvəl rəsmilər Reuters-ə bildirmişdilər ki, Vaşinqton öz mövqeyini bir qədər yumşaldıb.

ÜST başçısından hamı narazıdır

Reuters yazır ki, şəxsi söhbətlərində bəzi Avropa rəsmiləri DST-nin başçısı Tedros Adhanom Ghebreyesus-un sərt tənqid olunmasına tərəfdardırlar.

Başqa bir Avropa rəsmisi isə bildirib ki, DST başçısının işindən demək olar hamı narazıdır.

Avropa rəsmilərinin fikrincə DST qlobal sağlamlıq hadisələri zamanı neytral reaksiya göstərməyi bacarmalıdır.

Avropa hökumətləri ÜST-nin daha güclü, daha yaxşı maliyyələşdirilən və müstəqil təşkilat kimi görmək istəyirlər.

Reuters yazır ki, ABŞ-ın ÜST-dən çıxması onu maliyyə baxımından çox da zəif salmayacaq, beləki Vaşinqtonun üzvlük haqqı DST büdcəsinin yalnız 15 faizini təşkil edir.

Bəzi avropalıların fikrincə Trump ÜST-ni tənqid etməklə özünün COVID-19-a qarşı mübarizə sahəsindəki fəaliyyətindən diqqəti yayındırmağa çalışır.

Reuters bunu da xatırladır ki, Trampın Almaniyadakı ABŞ əsgərlərinin bir hissəsini bu ölkədən çıxarmaq qərarı Berlini qəzəbləndirib. Reuters bildirir ki, ÜST-nin islah olunması prosesi, ələlxüsus da Trump prezident seçkisində məğlub olarsa, yarımçıq qalmayacaq.

Avropa hökumətləri ümumilikdə ABŞ-ı ÜST üzvü kimi görmək istərdilər. Onlar eyni zamanda təşkilatın maliyyələşdirilməsinə verdikləri töhfəni də artırmaq niyyətindədrilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Sonrakı məqalə

“Çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirilir” –