ÜST dünyada vəbaya yoluxma hallarının artmasından narahatdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bir sıra regionlarında vəba xəstəliyinə yoluxma hallarının kəskin artdığını açıqlayıb.

Qurumun məlumatına görə, ilin əvvəlindən bəri 24 ölkədə 195 minə yaxın yoluxma hadisəsi və 1900-dən çox ölüm halı qeydə alınıb. Ən çox yoluxma Şərqi Aralıq dənizi regionunda, ardınca isə Afrika, Amerika, Cənub-Şərqi Asiya və Avropada müşahidə edilib. Qərbi Sakit Okean regionunda isə heç bir yoluxma halı baş verməyib.

ÜST eyni zamanda peyvənd tədarükünün tələbata uyğun olmadığını bildirib. Təşkilatdan verilən açıqlamaya əsasən, ötən ilin yanvar ayından bəri 16 ölkədə 92 milyon vaksin dozasına ehtiyac yaranıb ki, bu da həmin müddət ərzində istehsal olunan 49 milyon dozadan təxminən iki dəfə çoxdur(azərtac).

Əvvəlki məqalə

Azərbaycan 2 erməni hərbçisinin qalıqlarını Ermənistana təhvil verib

Sonrakı məqalə

Ombudsman Cəbrayılda baş vermiş mina partlayışı ilə bağlı çağırış edib