ÜST-nin Baş direktoru dünya ölkələrini ayıq olmağa çağırıb

“Dünyada pandemiyanın bitdiyini zənn etmək başa düşüləndir. Ancaq hər an yeni və daha təhlükəli variant ortaya çıxa bilər”.

Bu sözləri Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus söyləyib.

O, dünyada COVID-19-a yoluxmanın və ölüm hallarının azalmasını bildirsə də, dünya ölkələrini ayıq-sayıq olmağa çağırıb.

Baş direktor ölkələri koronavirusun yeni, daha təhlükəli ştamının ortaya çıxa bilmə ehtimalını diqqətdə saxlamağa çağırıb.

Əvvəlki məqalə

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

Sonrakı məqalə

Bağçada uşağın saçını yolan aşpaz cəzalandırıldı