Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ÜST-ün ekspert missiyası Azərbaycan xəstəxanalarını qiymətləndirəcək

User 14 Mart 2023 - 12:24 (Last updated: 21 May 2025 - 20:15)
16787803445030016257_1000x669

USAID/Azerbaijanın dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspert missiyası seçilən xəstəxanalarda Təcili Yardım Şöbəsinin Qiymətləndirilməsi Alətinin tətbiqi ilə qiymətləndirmə prosesinə başlayıb.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsində yayılan məlumatda bildirir ki, missiya Respublika Klinik Xəstəxanası və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına səfər edərək təcili və təxirəsalınmaz tibbi yardım və radiologiya şöbələri, eyni zamanda laboratoriya, palatalar və əməliyyat otaqlarına baxış keçirib. Missiyanın məqsədi ölkədə təcili yardım xidmətinin imkanlarını qiymətləndirmək, bu sahədəki əsas boşluqları, habelə təkmilləşdirilməli olan sahələri müəyyən etmək və təkmilləşdirmə planı hazırlamaqdır. Hədəf təcili yardım sisteminin potensialının gücləndirilməsinə və pasiyentlərə daha yaxşı xidmət göstərilməsinə kömək olmaqdır.

Ümumilikdə 4 sahəni əhatə edən qiymətləndirmə prosesi 3 mərhələdə Bakı və Sumqayıt şəhərləri, o cümlədən Şamaxı rayonundakı 9 dövlət tibb müəssisəsində martın 19-dək keçiriləcək.

Qiymətləndirmə missiyası USAID-in dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində fəaliyyət göstərir və sözügedən xəstəxanalar bu layihəyə uyğun olaraq seçilib.

Post navigation

Previous: Mədəniyyət Nazirliyinə yeni sözçü təyin edilib
Next: Sabah hava necə olacaq?

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.