Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Uzun müddət işə götürmədə qohumluq amilini görmüşük” –

User 21 Dekabr 2022 - 13:00 (Last updated: 21 May 2025 - 20:15)
emin

“2013-cü ildə Nazirlikdə islahatlara başlayanda sorğu keçirmişdik. Sual da bu idi ki, həyatda uğurlu olmaq üçün aşağıdakılardan hansı ən vacibdir? Top üçlükdə təhsil yox idi. Onlar fikirləşirdilər ki, həyatda uğur qazanmaq üçün bəxtin, pulun və ya tanışın olmalıdır. Dördüncü yerdə isə təhsil gəlirdi”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyə hazır ol!” Karyera İnkişaf Forumunda deyib.

Onun sözlərinə görə, bu sorğu daha sonra edilməyib və yəqin ki, 2023-cü ildə yenidən edilə bilər:

“Sorğu zamanı baxarıq ki, gənclərimizin düşüncə tərzi hansı istiqamətə dəyişib. Bu sorğu bütün yaş qruplarını, kənd və şəhərləri əhatə edirdi. Niyə insanlar düşünür ki, həyatda uğurlu olmaq üçün təhsilli yox, bəxtli, pullu, qohumlu olmaq lazımdır? Mənə elə gəlir ki, cəmiyyət həmişə səmimidir. Çox uzun müddət yəqin ki, cəmiyyətdə görüblər ki, təhsilli olmaqla varlı olmaq arasında elə bir ciddi fərq yoxdur. Biz uzun müddət keçid dövründə yaşamışıq. Yaxud da həqiqətən də eyni sinfi bitirən görüb ki, o daha yaxşı oxusa da, sonra hansısa bir sinif yoldaşı təsadüfi hadisə ilə, yaxud hansısa qohumu vasitəsilə iş tapıb. Amma oxuyan iş tapa bilməyib. Biz razılaşmalıyıq ki, uzun müddət cəmiyyət olaraq qohumluq, bəxt və təhsillə bağlı olmayan amilləri işə götürmədə, yaxud məşğulluqda görmüşük. Bir şey defisitdirsə, defisitin ətrafında müəyyən mənada xoşagəlməz praktikalar olur. İşin də defisit olduğu keçid dövründə, ağır dövrlərində belə praktikalar olub deyə, cəmiyyət də belə düşünür. Yoxsa cəmiyyət niyə belə düşünsün?”

Nazir qeyd edib ki, cəmiyyətin başqa cür düşünməsi üçün istər sahibkarlar, yaxud istənilən işəgötürən yanaşmanı dəyişməlidir: “Həqiqətən də ən təhsillilərin, ən bacarıqlıların, ən çox uğur qazananların cəmiyyətdəki rolu, rifah səviyyəsi yüksək olduqca inanıram ki, aşağıdan gələn nəsil də o cür düşünməyə başlayacaq. Bu baxımdan rol modellərinin olması çox vacibdir. Ölkə başçısının təşəbbüsü ilə keçirilən “Yüksəliş” müsabiqəsi də buna xidmət edir. Bu müsabiqədə daha bacarıqlı olanlar qalib gəlir, bütün ölkə tanıyır, hamı qəbul edir. Uzunmüddətli vədədə meritakratik mexanizmlərin olması insanların təhsilə olan həvəsini və marağını artıracaq. Təbii ki, həyatda digər faktorlar da həmişə var.

Amma Məleykə xanımın keçirdiyi imtahanların ən yüksək şkalasında olanların 20-30 ildən sonra həqiqətən də gəlib cəmiyyətin qərar verən adamlarından birinə çevriləndə, hamı orda olmaq istəyəcək. Amma bu paylanma ilə digər paylanma arasında qeyri-mütənasiblik görəndə insanlar uğurlu olmağın başqa yollarını axtaracaqlar. Gənclərə uğur qazanmağın sadəcə olaraq başqa nümunələri göstərməliyik. Belə olduqca əminəm ki, bizim sorğularda da təhsil 4-cü yerdən, 3-cü, daha sonra 2-ci və 1-ci yerə gəlib çıxacaq”.

Post navigation

Previous: “ABŞ NATO-dan hegemonluğu saxlamaq və qarışıqlıq yaratmaq üçün istifadə edir”
Next: Vasif Talıbov istefa verdi

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO

User 01 Noyabr 2026 - 11:32
APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz...
Read more about Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.