Uzun ömür yaşamaq üçün nə yemək lazımdır? –Çin alimlərindən maraqlı tədqiqat

Uzun ömür yaşamaq üçün gündə beş dəfə yemək lazımdır. Qida rasionuna hökmən iki pay meyvə və 3 pay tərəvəz daxil edilməlidir.

Azpost.info bildirir ki, bu barədə “İzvestiya” qəzeti Çin alimlərinin araşdırmalarına əsasən məlumat yayıb.

Alimlərin fikrincə, belə pəhriz çox vaxt ölümlə nəticələnə ürək-damar, onkoloji və digər xəstəliklərə tutulma riskini aşağı salır.

Elmi tədqiqatın aparıcısı, tibb elmləri doktoru Van Dun öz həmkarları ilə istehlak edilən müxtəlif ərzaqlarla bağlı məlumatları araşdırıb. Aydın olub ki, gündəlik yeyilən 5 pay meyvə və tərəvəz ölümcül xəstəlik riskini azaldır.

Bununla yanaşı alim mühüm bir məqamı qeyd edir: Pay sayının artırılması pəhrizin effektliyininin azalmasına səbəb olur.

Bundan başqa nəzərə almaq lazımdır ki, ömürün uzadılması üçün heç də bütün meyvə və tərəvəzlər faydalı sayılmır.

Məsələn, qarğıdalı və kartof ölümcül xəstəlik riskini azaltmır. Amma ispanaq, sitrus bitkiləri, kök, giləmeyvələr sağlamlığın saxlanmasında böyük rol oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada son sutkada 662 mindən çox insanda koronavirusa yoluxub

Sonrakı məqalə

“Ermənistan heç bir qeyd aparmadan əraziləri minalayıb” –