Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan vəfat edib

27 Dekabr 2020 - 13:37

Gəncədə Vəkillər Kollegiyasının üzvü dünyasını dəyişib.

Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.

Vəkil Bürosundan bildirilib ki, bir neçə gün əvvəl Hidayət Məmmədovda COVID-19 aşkarlanıb və onu Şəmkirdə yerləşən xüsusi xəstəxanaya yerləşdiriblər. Vəkil bu gün səhər saatlarında dünyasını dəyişib. (APA)